Acun Ilıcalının sahibi olduğu klub baş məşqçisi ilə yollarını ayırıb

27.11.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərənin Çempionşip təmsilçisi "Hall Siti" baş məşqçisi Tim Valterlə yollarını ayırıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "pələnglər"ə müvəqqəti olaraq Endi Douson rəhbərlik edəcək.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis bu postda may ayında təyin olunmuşdu. "Hall Siti" Çempionşipdə 15 xalla 22-ci sırada qərarlaşıb.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью