Acun Medya bu futbol klubunun səhmlərini aldı

16.11.2024

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Fənərbaxça”nın vitse-prezidenti Acun Ilıcalının sahibi olduğu “Acun Medya” “Maribor” futbol klubunun səhmlərini alıb.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, “Acun Medya” klubun səhmlərinin 74%-ni alıb.

Bildirilib ki, klubun idarə heyətində 4 şəxs olacaq və bu şəxslərdən 3-ü "Acun Medya"nın təmsilçisi olacaq.

Qeyd edək ki, “Maribor” 29 xalla Sloveniyanın yüksək liqasında 2-ci yerdədir.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью