Acundan 100 milyon tələb edir!

04.09.2026

Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Survivor Greece” ulduzu Stavros Floros realiti-şounun prodüserlərini məhkəməyə verib.
OLAY yazır ki, Stavrosun iddiasına görə, verilişin bütün formatı iştirakçıların açıq sularda nizə ilə balıq ovlamasını tələb edirdi. Çəkilişlərin aparıldığı ərazidə isə suların turist qayıqları tərəfindən intensiv istifadə edildiyini bildirib.

Çəkiliş zamanı baş verən qəza nəticəsində onun sol ayağı dizdən yuxarı hissədən amputasiya olunub. Floros hadisə ilə bağlı 100 milyon dollardan çox təzminat tələb edir.

Xatırladaq ki, məşhur reality-şounun Yunanıstan versiyasında iştirak edən Stavros 11 may 2026-cı ildə çəkiliş zamanı yemək üçün nizə ilə balıq ovlayarkən turist qayığının pervanəsinin zərbəsinə məruz qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью