Acundan transfer mesajı “Gələcəkdə yaxşı satışlar etməliyik”

06.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hall Siti”nin sahibi Acun Ilıcalı klubun transfer strategiyası barədə danışıb.

Apasport.az xəbər verir ki, türkiyəli iş adamı əsas hədəflərinin həm komandaya fayda verəcək, həm də gələcəkdə kluba qazanc gətirə biləcək futbolçular tapmaq olduğunu bildirib.

Ilıcalı transfer siyasətində istedadlı və inkişaf potensialı yüksək oyunçulara üstünlük verəcəklərini deyib:

“Transfer məsələsində bu klubu daha böyük səviyyəyə çıxarmaq üçün hədəfimiz gələcəkdə yaxşı performans göstərəcək və kluba üstünlük qazandıracaq ən yaxşı istedadları tapmaqdır.

Bu klubu daha da böyütmək üçün yaxşı futbol oynada biləcək və gələcəkdə yaxşı satış imkanı yaradacaq bəzi oyunçuları heyətimizə qatmalıyıq”.

Qeyd edək ki, Acun Ilıcalı 2022-ci ildən “Hall Siti”nin sahibidir. Onun rəhbəri olduğu klub növbəti mövsümdən etibarən Premyer Liqada çıxış edəcək.

Fatih Terimdən Arda və Kenan proqnozu – “Ballon d'Or qazana bilərlər” “Arsenal”ın forvardı “Everton”un radarında – Yayda ayrılıq ola bilər İraola üçün çətin başlanğıc – “Liverpul” transferdə xərcləri azaldır “Ayntraxt”dan yeni mövsümə xüsusi forma - FOTO Leaodan ayrılıq siqnalı – Premyer Liqa və La Liqanı istəyir
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью