Acunun klubu Premyer Liqanın bir addımlığında...

12.05.2026

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Türkiyəli iş adamı Acun Ilıcalıya məxsus “Hall Siti” İngiltərə Premyer Liqasına yüksəlmək uğrunda Çempionşip pley-off yarımfinalının ikinci oyununda “Milluoll” üzərində qələbə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, oyun 2-0 hesabı ilə “Pələnglər”in xeyrinə başa çatıb.
Hakim Samuel Barrottun idarə etdiyi oyun Londondakı ”The Den” stadionunda baş tutub.
64-cü dəqiqədə Məhəmməd Bellumi hesabı açaraq qonaqları hesabda irəli çıxarıb. 79-cu dəqiqədə Cozef Celhardt komandasının hesabındakı fərqi ikiqat artırıb.
Qeyd edək ki, mayın 23-də keçiriləcək pley-off finalında “Hall Siti” “Middlsbro” – “Sauthempton” matçının qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, komandalar ilk oyunda heç bir qol vura bilməyiblər. Onların cavab matçı bu gün keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью