Acunun klubu Qalatasaray ın keçmiş oyunçusunu aldı FOTO

18.01.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyəli məşhur iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərə təmsilçisi "Hall Siti" "Qalatasaray"ın sabiq futbolçusu Nordin Amrabatı heyətinə qatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Yunanıstanın AEK komandasından ayrılan hücumçu cari mövsümün sonuna qədər "Hall Siti"də çıxış edəcək.

Qeyd edək ki, 37 yaşlı mərakeşli futbolçu bu mövsüm AEK-in heyətində 9 oyunda 2 qol vurub.
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью