Acunun komandası Çelsi yə rəqib oldu

13.01.2026

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

İngiltərə kubokunda 4-cü mərhələnin, yəni 1/16 final mərhələsinin püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu çempionşip təmsilçisi ''Hall Siti''nin də rəqibi müəyyənləşib. ''Pələnglər'' ''Çelsi'' ilə qarşılaşacaqlar. Bu oyun eyni zamanda London nəhənginin yeni çalışdırıcısı Liam Rosenyorun sabiq klubuna qarşı dueli ilə əlamətdar olacaq.
Rosenyor daha öncə 2022-24-cü illərdə ''Hall Siti''də işləyib. Acunun komandasını hazırda Sergey Yakiroviç çalışdırır. ''Hall Siti'' bundan əvvəlki mərhələdə evdə ''Blekbern''i əsas vaxtı qolsuz başa çatan matçda oyunsonrası penaltilər seriyasında mübarizədən kənarlaşdırmışdı. Ümumilikdə ''Hall Siti'' yaxşı mövsüm keçirir. Çempionşipdə bu kollektiv 25 turdan sonra 7-ci pillədə qərarlaşıb və premyer-liqaya vəsiqə qazanmağa iddialıdı.
''Hall Siti'' ilə ''Çelsi''nin dueli fevralın 14-də baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью