Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
İngiltərə Premyer Liqasında 2026/27 mövsümünün start turunda “Hall Siti” öz evində “Mançester Yunayted”lə üz-üzə gəlib.
Futbolpress.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:0 hesablı sürpriz qələbəsi ilə başa çatıb.
Türkiyəli iş adamı Acun İlıcalının sahibi olduğu və 9 ildən sonra elitaya qayıdan “Hall Siti”yə uğur gətirən qollara 17-ci dəqiqədə Semi Acayi və 38-ci dəqiqədə Nobel Mendi imza atıblar.
Beləliklə, “Mançester Yunayted” yeni çempionata xalsız, “Hall Siti” isə parlaq qələbə ilə başlayıb.