Acunun komandasının qapısı kilidlənib

07.09.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasının üçüncü turunda “Hall Siti” “Aston Villa” ilə 0-0 heç-heçə edib.
Bizim.Media xəbər verir ki, türk iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall” cari mövsümdə Premyer Liqada qol buraxmayan yeganə komandadır.
 

“Pələnglər” cari Premyer Liqa mövsümündə “Mançester Yunayted”i (2-0) və “Koventri Siti”ni (1-0) məğlub edib, həmçinin “Villa” ilə heç-heçə edib. Komanda növbəti matçını 12 sentyabrda səfərdə “Çelsi” ilə oynayacaq.


“Hall” İngiltərə Premyer Liqasının turnir cədvəlində yeddi xalla ikinci yerdədir. Komanda bu il Premyer Liqaya yüksəlib. (publika.az)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью