“ACWA Power”: Bəzən riskləri azaltmaq üçün rəqiblərimizlə əməkdaşlıq edirik

04.06.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 4 iyun, AZƏRTAC

Hazırda şirkətimizin 107 milyard dollarlıq investisiyası var və 14 ölkədə fəaliyyət göstəriririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri “ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven Selim Güven Bakı Enerji Forumunda “COP29 nəticələri — Dayanıqlı gələcəyə aparan yol” mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda tikilən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) bir hissəsi bu ilin avqustunda istismara veriləcək.

“Daha sonra sentyabr, oktyabr aylarında növbəti mərhələlər həyata keçiriləcək və ilin sonuna bütün layihə tam işə salınacaq. Biz qarşılıqlı etimad əsasında partnyorlarla riskləri aşağı salmağa çalışırıq. Bəzən riskləri azaltmaq üçün rəqiblərimizlə də əməkdaşlıq edirik”, - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью