Ad günü hədiyyəsi onu milyonçu etdi

04.12.2024

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Avstraliyanın cənubundakı Moonta şəhərində yaşayan qadın sürpriz şəkildə milyonçu olub.

Metbuat.az xəbər verir ki, ad günündə qayınana və qayınatasından aldığı hədiyyə ona 2,3 milyon avro qazandırıb. Məlumata görə, ad günü üçün hansı hədiyyə alacağını bilməyən ailə üzvləri qadına loto bileti alıblar. Ailə üzvləri bileti birbaşa ona verməyiblər. Bilet qadının poçt qutusuna qoyulub. Məlumata görə, oyun keçirilib və bilet uduş qazanıb. Lakin qadın ad gününü evdən kənarda qeyd etdiyi üçün mükafat qazandığından xəbərsiz olub. Evə qayıtdıqdan sonra hədiyyələrini açmağa başlayan qadın, loto biletinin bir neçə gündür poçt qutusunda qaldığını müşahidə edib.

Bileti yoxlamaq üçün loto ofisinə gedən qadın mükafat qazandığının müşahidə edib. O, cekpot qazandığını və 2,3 milyon avro mükafat əldə etdiyini sevinclə qarşılayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью