Ad günündə arzusu yenidən yeriyə bilmək oldu Video

17.09.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən il keçirdiyi avtomobil qəzasından sonra yerimə qabiliyyətini itirən müğənni Aila Rayın ad günü olub.

Axşam.az xəbər verir ki, sənətçi yeni yaşında ən böyük arzusunun yenidən ayağa qalxıb yerimək olduğunu bildirib.

“Arzulayırdım ki, yeriyəm, böyük ad günü edim. Xeyirlisi Allahdan. İnanıram, öz ayaqlarım üstündə duracağam, yeriyəcəyəm. Mənim vəziyyətimdə olan insanlara motivasiya verəcəyəm. İlk gündən demişəm ki, yeriyəcəyəm. Arzu tuturam ki, gələn il öz ayaqlarım üstündə olum. Fəsadsız, ağrısız.

İnsan bəzən sahib olduğu nemətlərin qədrini itirmək qorxusu ilə anlayırmış. Bir addımın, bir ayaq üstə dayanmağın belə nə qədər böyük nemət olduğunu indi ürəyimlə hiss edirəm.

Mənim üçün hər addım bir möcüzə olacaq. Və bilirəm ki, sizin dualarınız mənim ən böyük dayağımdır.

Bu ad günümdə məndən heç nə gözləməyin. Sadəcə bir dua edin: “Allah ona yenidən ayaqları üstündə durmağı və öz ayaqları ilə yeriməyi nəsib etsin”.

İnşallah, bir gün bu videoya baxıb gözlərim dolaraq deyəcəyəm: Bax, dualarınız məni ayağa qaldırdı”.

Qeyd edək ki, ifaçı 2025-ci ilin yanvarında Şahdağdan qayıdarkən Bakı-Quba magistral yolunda ağır avtomobil qəzası keçirib. Qəza nəticəsində beli qırılan və ağır xəsarət alan ifaçı yerimək qabiliyyətini itirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью