“Ad günündə dedi ki, mənə uzun ömür arzulama...”

26.11.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Mən hələ də baş verənləri dərk edə bilmirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq Artisti Xalidə Quliyeva Xalq artisti Elmira Şabanova ilə vida mərasimində deyib.

O, mərhum sənətkarla son telefon danışığını xatırlayıb: “Ayın 1-də ad günü idi. Zəng edib təbrik etdim. Qızı Leyla ilə danışırdım. Özü də telefonu götürüb mənimlə söhbət etdi. Mənə dedi ki, səni və ailəni çox istəyirəm, amma səndən bircə xahişim var - mənə uzun ömür arzulama”.

X.Quliyeva deyib ki, o, E.Şabanovanın tələbəsi olub: “Məni çox istəyirdi. Mən də onu çox istəyirəm. Allah ona rəhmət eləsin”.

Lamiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью