Icma.az bildirir, Demokrat.az portalına istinadən. Bakının Xətai rayonunda xala oğlanları arasında mübahisə yaranıb, mübahisə bıçaqlanma ilə
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin dekabrın 6-da baş verib.
Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Çingiz Xəlilov həmin gün saat 23:50-də qohumunun evində təşkil olunmuş ad günü şənliyində olub.
Bu zaman o, doğma xalası oğlu Zahir Əsgərovun (ad-soyadlar şərtidir – red.) mənzilin mətbəxində onun ünvanına nalayiq ifadələr deyib, yumruqla vurmaq istəyərkən onunla mübahisə edib.
Bu zaman yaranmış mübahisə zamanı mətbəxdən götürdüyü bıçaqla zərərçəkmişin sol əl nahiyəsindən bir dəfə vurub. Hadisəni törədən Ç.
Xəlilovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs qismində ifadə verən Ç. Xəlilov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, dekabrın 6-da ad günü mərasimi ilə bağlı bütün qohumları ilə birgə qohumunun evində toplaşıb: “Həmin gün zərərçəkmiş şəxs və mən müəyyən qədər spirtli içki qəbul etdik.