Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən gün vəfat edən 78 yaşlı müğənni Muazzez Abacının dəfn yeri açıqlanıb.
BAKU.WS xəbər verir ki, o həyatda heç vaxt görmədiyi atasının yanında torpağa tapşırılacaq.
Bu barədə ifaçının meneceri Taner Budak məlumat yayıb.
Qeyd edilib ki, ABŞ-də vəfat edən ifaçının nəşi Türkiyəyə gətiriləcək. Daha sonra Ankarada atası atasının yanında dəfn ediləcək. Muazzez Abacı atasını heç vaxt görməyib. O doğulanda atası vəfat edib.
Qeyd edək ki, Muazzez Abacı 1947-ci il noyabrın 12-də Ankarada doğulub. İnfarkt keçirən sənətkar xəstəxanada dünyasını dəyişib.
Sənətçi elə ad günündə vəfat edib.