Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, sənətçi ad günü münasibətilə özünə nə az- nə çox təxminən 3 milyon dollar dəyərində nadir Rolex saatı, alliqator dərisindən hazırlanmış eksklüziv Hermès çantası və 7 karatlıq brilyant üzük hədiyyə edib. Ulduz bahalı alış-verişlərini sosial şəbəkələrdə nümayiş etdirərək Barbi üslubunda əsl dəbdəbə nümayişi təşkil edib.
34 yaşı tamam olan sənətçi hədiyyələrini zərif çəhrayı çalarlarda seçib.
Kardi B şəxsi Instagram hesabında əsl adı olan Belkalis Almanzarı xatırladaraq belə yazıb:
“Belkalis Kardi B-yə... Özümdən özümə hədiyyə!”
Dünyada cəmi 10 ədəd olduğu ehtimal edilən Rolex
Reperin ən bahalı alış-verişi Barbi üslubunda hazırlanmış, olduqca nadir “Rolex Daytona” saatı olub. Bu eksklüziv modeli sənətçi üçün zərgər Erik Mavani dünyanın müxtəlif ölkələrində axtararaq tapıb. Zərgərin sözlərinə görə, dünyada bu saatdan təxminən cəmi 10 ədəd olduğu ehtimal edilir.
Mavani Kardi B-nin saata görə iki hissədə ümumilikdə 2,8 milyon dollar ödədiyini təsdiqləyən sənədi də ictimaiyyətlə bölüşüb.
Sənətçi isə arzuladığı saatı tapmaq üçün dünyanın müxtəlif yerlərində axtarış aparan zərgərə təşəkkürünü bildirib.
200 min dollarlıq Hermès çantası
Lakin ulduzun dəbdəbəli alış-verişi bununla yekunlaşmayıb. Kardi B kolleksiyasına açıq çəhrayı rəngdə, mat alliqator dərisindən hazırlanmış kiçikölçülü “Hermès Kelly” çantası da əlavə edib. Çantanın dəqiq qiyməti açıqlanmasa da, ikinci əl lüks məhsullar bazarında eyni modelin daha əvvəl 200 min dollara satıldığı bildirilir.
7 karatlıq brilyant üzük
Reperin özünə aldığı digər qiymətli hədiyyə isə xüsusi sifarişlə hazırlanmış, 7 karatlıq təbii brilyantla bəzədilmiş üzük olub. Zinət əşyası “Pristine Jewelers” şirkətinin zərgərləri tərəfindən hazırlanıb. Üzüyün mərkəzində markiz formasında yonulmuş iri brilyant yerləşir və onun ətrafı əlavə brilyant daşlarla bəzədilib.
Bahalı hədiyyələrə olan sevgisi ilə tanınır
Kardi B uzun illərdir bahalı aksesuarlara və eksklüziv zinət əşyalarına xüsusi marağı ilə tanınır. Bu ilin fevralında amerikalı futbolçu Stefon Diqqslə ayrılması barədə yayılan şayiələr fonunda reper 500 min dollar dəyərində, müxtəlif rəngli qiymətli daşlarla bəzədilmiş “Audemars Piguet” saatı alıb.
Avqust ayında isə sənətçi sosial şəbəkə izləyicilərinə ümumi dəyəri təxminən 200 min dollar olan yeni çantalarını nümayiş etdirib.
Bundan əvvəl Kardi B Chanel brendinə məxsus müxtəlif aksessuarlarını, o cümlədən özünün əldə edilməsi ən çətin modellərdən biri adlandırdığı çantanı da göstərib.
Mürtəza