Ad gününü qeyd edən cərrahın həyat yoldaşı da işdən çıxıb | Icma.az
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiyinə görə işinə xitam verilən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyevanın həyat yoldaşı, sözügedən klinikanın Ginekologiya və doğum şöbəsinin müdiri Əziz Rəfibəyov da işdən çıxıb.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, o, Sumqayıtdakı Real Tibb Mərkəzində Ginekologiya və doğum şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, Ə.Rəfibəyov 1972-ci il martın 13-də Qırğızıstanın Bişkek şəhərində anadan olub.
1989-cu ildə Qırğızıstan Dövlət Tibb Akademiyasına daxil olub.
1997-ci ildə ali məktəbi bitirib, iki il ərzində mamalıq və ginekologiya üzrə kliniki ordinatura keçib.
1999-cu ildə Azərbaycana gələrək, Sumqayıt şəhəri 2 saylı doğum evində mama-ginekoloq vəzifəsində çalışıb.
2000-ci ildə Qırğızıstan Dövlət Tibb Akademiyasının aspiranturasına daxil olub və 2003-cü ildə bitirib.
Tam oxu
Xəbəri oxu