Ad gününün səhəri xərçəng xəstəsi olduğunu öyrəndi

04.02.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini, müğənni Canana xərçəng xəstəliyi ilə mübarizə apardığını ictimaiyyətə açıqlayıb.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Günə Uğurla" proqramında danışarkən emosiyalarına hakim ola bilməyib və göz yaşlarını saxlaya bilməyib.

Canana bildirib ki, ailəsində ard-arda yaşanan ağır itkilər onun səhhətinə ciddi təsir göstərib. Onun sözlərinə görə, anası 54 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Altı ay əvvəl isə eyni diaqnozun onda da aşkarlandığını deyən müğənni, ilkin müalicələrin müsbət nəticə verdiyini vurğulayıb.

Lakin daha sonra yaşadığı sarsıntıların vəziyyəti ağırlaşdırdığını qeyd edib:
"Anamın il mərasimi tamam olmamış qardaşımı da itirdim. Bütün bu streslər üst-üstə düşdü. Həkimlər də demişdi ki, güclü həyəcan xəstəliyi yenidən aktivləşdirə bilər".

Canana əlavə edib ki, yenidən şişlər əmələ gəlib və bu xəbəri ad gününün səhəri öyrənib. O, bu vəziyyəti uzun müddət övladlarından gizlətməyə çalışdığını da bildirib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью