ADA da İtaliyanın Luiss Universitetinin “3+2” hüquq proqramı təqdim ediləcək | Icma.az
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın Luiss Universitetinin nümayəndə heyəti ADA Universitetində əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşlər keçirir.
SİA-nın məlumatına görə, ADA Universitetində müzakirələr aparan heyət təhsil proqramların genişləndirilməsi, tələbələr üçün yeni imkanların araşdırılması və institusional əlaqələrin dərinləşdirilməsi məsələlərini diqqətdə saxlayıblar.
Görüşlərdə ADA Universitetinin Hüquq fakültəsi ilə birgə həyata keçiriləcək “3+2” hüquq proqramının təqdim edilməsi ilə bağlı ilkin müzakirələr aparılır.
Belə ki, proqram çərçivəsində tələbələr üç il Bakıda, iki il isə Romada təhsil alacaq və beynəlxalq perspektivə əsaslanan hüquq təhsili əldə edəcəklər.
Beşillik təhsil müddətinin sonunda məzunlar hər iki universitetin təhsilinə yiyələnəcəklər.
Bundan əlavə, beynəlxalq münasibətlər üzrə ikili diplom proqramının da irəli sürülməsi müzakirə olunması gözlənilir.
"Bu proqram ADA Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistr proqramının və Luiss Universitetinin Beynəlxalq Münasibətlər ixtisasının birləşməsindən yaranacaq.
Tam oxu
Xəbəri oxu