Ada evə getmək üçün ayıq sürücü çağırıbmış…

23.11.2026

Icma.az, Shownews saytına istinadən bildirir.

Gecə saatlarında Bakıda tanınmış aparıcı Ada Süleyman və tanışının öldükləri qəza ilə bağlı bəzi təfərrüat məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ada Süleyman məclis başa çatandan sonra ayıq sürücü sifariş edib. Ayıq sürücü vaxtında gəlib və Ada Süleyman sürücüdən onu evlərinə aparmağı xahiş edib.

O, sürücünün xidmət haqqını da ödəyib. Lakin sonda onun tanışı Anar Kərimov ayıq sürücüdən imtina edib və aparıcını özünün aparacağını deyib. A.Kərimov ayıq sürücünü geri qaytarıb və özü sükan arxasına əyləşib. Restorandan ayrılandan təxminən 10-15 dəqiqə sonra onlar yüksək sürətlə qarşıda gedən DAF markalı yük avtomobilinə çırpılıblar. Hadisə nəticəsində sürücü və tanınmış aparıcı hadisə yerində dünyasını dəyişiblər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью