ADA Universiteti ilə Türkmənistan XİN nin Beynəlxalq Münasibətlər İnstitutu arasında videokonfrans formatında görüş keçirilib

30.01.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycanın ADA Universiteti ilə Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu arasında videokonfrans formatında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Türkmənistan XİN-nin Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Gülşad Yusupova, eləcə də Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və Türkmənistanın Azərbaycandakı səfiri Qurbanmemmed Elyasov çıxış ediblər.

Görüşdə iki təhsil müəssisəsi arasında elm və təhsil sahəsində mövcud əməkdaşlığın inkişaf etdirilməsi vurğulanaraq, bu çərçivədə qarşılıqlı maraq doğuran istiqamətlər müzakirə edilib.

Qeyd olunub ki, Azərbaycan–Türkmənistan Birgə Hökumətlərarası Komissiyası həmçinin, elm və təhsil sahələrində əməkdaşlığın inkişafında mühüm rol oynayır, qarşılıqlı layihələr və akademik təşəbbüslər vasitəsilə əməkdaşlığın sistemli şəkildə genişləndirilməsinə töhfə verir.

Videokonfransda həmçinin, ali təhsil müəssisələri arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, birgə akademik tədbirlərin keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, elmi-praktik konfransların təşkili, mühazirə və seminarların keçirilməsi, müəllim və tələbə mübadiləsi, elmi nəşrlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə olunub. Bununla yanaşı, Türkmənistandan olan diplomat və tələbələrin ADA universitetində təlimlərdə iştirak etdiyi diqqətə çatdırılıb və bu kontekstdə əməkdaşlığın davam etdirilməsinin önəmi vurğulanıb.

Eyni zamanda, UNESCO-nun 43-cü Baş Konfransında 15 dekabr tarixinin Dünya Türk Dili Ailəsi Günü elan olunmasına və ilk dəfə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına diqqət çəkilərək, bu xüsusda, təhsil müəssisələri arasında sözügedən əlamətdar hadisə ilə əlaqədar ortaq tədbirlərin təşkil edilməsi imkanları nəzərdən keçirilib.

Tədbirdə eləcə də mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində elm-təhsil sahəsində gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью