ADA Universitetinin 50 yaşlı tələbəsi Fərhad Ələkbərov “Akademik Mükəmməllik Sertifikatı”nı qazanıb

24.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 aprel, AZƏRTAC

ADA Universitetinin 50 yaşlı tələbəsi Fərhad Ələkbərov “Akademik Mükəmməllik Sertifikatı”nı qazanıb.

AZƏRTAC xəbər verir ki, 2024-cü ilin payız semestrində ADA Universitetində göstərdiyi yüksək akademik nəticələrə görə adı “Rektorun Fəxri Siyahısı”na daxil olan F.Ələkbərov ADA Universitetinin prorektoru Elkin Nurməmmədov tərəfindən sertifikatla təltif edilib.

Mükafatlandırma mərasimində universitetin professor-müəllim heyəti, fakültə rəhbərliyi və dekanlıq nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Fərhad Ələkbərov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xor Kapellasının üzvüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью