Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Futbol üzrə Türkiyə Super Liqası klublarından “Trabzonspor” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, Qara dəniz təmsilçisi 2023/24 mövsümündə icarə əsasında komandada çıxış edən Paul Onuaçunu birdəfəlik transfer etməyi planlaşdırır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, klub nigeriyalı forvard üçün məxsus olduğu “Sauthempton”a 8 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Onuaçu bu mövsüm İngiltərə Premyer Liqasında "Sauthempton" formasıyla çıxdığı 26 rəsmi matçda 4 qol və 1 assistlə yadda qalıb.
İspaniya millisinin üzvü addım-addım “Arsenal”a “Real Madrid”in ulduzu sıradan çıxıb Son getsə, “Tottenhem” onu transfer edəcək Ali Koç "Fənərbaxça"nın əsas hədəfini açıqladı: BANKLAR BİRLİYİ... Rüfət Quliyev: "İnanıram ki, "Sabah" "Selye"ni keçəcək" - Müsahibə