Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bəzi kəşfiyyat məlumatlarına əsasən, İranın düşmənləri region ölkələrindən birinin dəstəyi ilə bizim adalarımızdan birini işğal etməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf özünün X səhifəsində yazıb.
“Düşmənin bütün hərəkətləri nəzarətimiz altındadır. Əgər hər hansı addım atsalar, həmin ölkənin həyati infrastrukturu limitsiz və fasiləsiz hücumlara məruz qalacaq”, - o bildirib.
Qeyd edək ki, ABŞ-ın İranın Xark adasını ələ keçirmək üçün desant əməliyyatına hazırlaşdığı barədə məlumatlar yayılıb.