Adam Kadırovdan sensassiya: Elə bir şey paylaşdı ki...

22.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edib.

Globalinfo.az xəbər verir ki, Adam Kadırov sosial mediada məzmunu açıqlanmayan, sirli bir video yayımlayıb.

Paylaşımın altına isə “Mən döyüşçülər arasında böyümüşəm və ölməyi çoxdan öyrənmişəm” sözlərini əlavə edib. Paylaşımın hansı məqsədlə edildiyi və mesajın kimə ünvanlandığı barədə rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, bir müddət əvvəl anonim teleqram kanallarında Adam Kadırovun Qroznıda avtomobil qəzasına düşdüyü, daha sonra isə Moskvaya aparıldığı barədə məlumatlar yayılmışdı. Həmin iddialarda onun səhhətində ciddi problemlərin yarandığı da qeyd olunurdu. Rəsmi qurumlar tərəfindən bu məlumatlar nə təsdiqlənib, nə də təkzib edilib.

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью