Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
On bir ayın sultanı Ramazan artıq həyatımıza daxil olub və biz bu gün onun sevincini yaşayırıq. Deyirlər ki, bu ayda edilən duaları Allah daha tez qəbul eləyir. Nə gözəl! Allah bütün olunan dualarımızı qəbul etsin. İndi nə qədər insan bu gözəl ayda Oruc tutur, dualar edir, xeyirxah işlər görür!!! Bunlar hamısı çox gözəldir.
Amma Oruc tutan adamın gərək gözü, dili, qulağı , əli də Oruc olsun! Əgər Oruc tutub tamahını özünə tabe edirsənsə, bu, çox yaxşıdir. Ancaq Oruc tutub, qeybət edirsənsə, gözünlə zinaya yol verirsənsə, əlinlə rüşvət alırsansa, qulağın pis sözlər eşidirsə, yalan danışırsansa elə bu, hardasa, Orucun pozulması deməkdir! Adam var ki, Ramazanda Oruc tutmur, ancaq on iki ay Orucdur.
Yəni tamahının əsiri deyil, kiminsə haqqına girmir, qeybət eləmir, zinaya yol vermir, bir sözlə, hamıya , yetimə- yesirə, aca- yalavaca, kasıblara, şəhid ailələrinə, qazilərə , xəstələrə kömək edir. Bunu hamı görür,lakin özü bu xeyirxah işlə bağlı bir kəlmə də danışmır və Allah da həmişə belə insanların mükafatın verir. Bax ,Oruc tutanda belə savab işlər görmək lazımdır. Belə insanların duaları da Allah-təala tərəfindən hər vaxt qəbul olunur!!!