Adambaşına düşən icbari tibbi sığorta haqqı 124, 1 manat müəyyən edilib

18.11.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Gələn il İcbari Tibbi Sığorta Fonduna ayrılması proqnozlaşdırılan 1410,4 mln. manatın 1266,6 mln. manatını əhalinin icbari tibbi sığortalanması ilə bağlı dövlətin payına düşən öhdəliyi təşkil edəcək.

APA-nın xəbərinə görə, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsində adambaşına düşən icbari tibbi sığorta haqqı cari lin sonuna gözlənilən 2,7% inflyasiyaya uyğun artırılaraq 124, 1 manat müəyyən edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью