Adambaşına düşən ÜDM 6066 manatı keçdi Son 5 ilin ikinci ən yüksək göstəricisi | Icma.az
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2025-ci ilin ilk yarısında ümumi daxili məhsul həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% və ya 2,11 milyard manat artaraq 62,08 milyard manata çatıb.
“Qafqazinfo” tehlil.az-a istinadən xəbər verir ki, ötən ilin I yarısında ÜDM-yə dair göstərici 59,97 milyard manat olub və bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,7% və ya 0,45 milyard manat az deməkdir.
Son 5 ilin ilk yarım illəri üzrə ən yüksək ÜDM istehsalı 63,39 milyard manat ilə 2022-ci ildə, ən az isə 40,76 milyard manat ilə 2021-ci ildə qeydə alınıb.
2021-ci ildə ÜDM həcminin kəskin az olması həmin dövrdə ölkədə və dünyada hökm sürən “COVID-19” pandemiyası ilə bağlı olub.
Son 5 ilin yanvar-iyun aylarında qeyri-neft-qaz sektorunda ÜDM istehsalı daim artsa da, 2022-ci ildən cari ilədək neft-qaz sektorunda azalma olub.
Bu sektor üzrə yeganə artım 2022-ci ildə qeydə alınıb ki, bu da pandemiya ilə bağlıdır.
Daha dəqiq desək, cari ilin I yarısında neft-qaz sektoru üzrə ÜDM istehsalı 19,09 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,2% və ya 1,26 milyard manat azdır.
Tam oxu
Xəbəri oxu