Sportal.az saytına istinadən Icma.az xəbər verir.
Gürcüstan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, qonşu ölkənin əsas yığması Ramaz Svanadze çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Svanadze buna qədər Gürcüstanın U-21 yığmasının baş məşqçisi olub. U-21-in Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son üç oyunda Svanadzeni onun köməkçisi olmuş Georgi Adamiya əvəzləyəcək.
Qeyd edək ki, Adamiya futbolçu karyerası ərzində Azərbaycan "Neftçi", "İnter" (indiki "Şamaxı") və "Qarabağ"ın formasını geyinib.
saytlarin hazirlanmasi