“Adana Dəmirspor”un baş məşqçisi istefaya göndərilib

27.01.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az xəbər verir ki, uğursuz mövsüm keçirən "Adana Dəmirspor" Mustafa Dalçı ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilir.

Xatırladaq ki, Mustafa Dalçı ötən ilin 29 noyabr tarixində "Adana Demirspor"un baş məşqçisi təyin olunmuşdu.

Qeyd edək ki, Adana təmsilçisi Super Liqada 20 turdan sonra 5 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Zamiq Əliyevin komandası liderliyə yüksəlib Coşqun oynadı, komandası məğlub oldu Millimizin üzvü: "Bura birinci yeri tutmaq və mərhələ adlamaq üçün gəlmişdik" "Qarabağ" üçün arzuolunmaz rəqib: "Turan Tovuz" “Neftçi”nin qapıçısı Azərbaycan çempionatlarında 100-cü matçını keçirib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью