Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23.11.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az Showmedia-ya istinadən xəbər verir ki, qəzada həyatını itirən aparıcı Ada Süleymanovanın doğum günündə Xalq artisti, aktyor Vidadi Həsənov da iştirak edib.

Hadisə ilə bağlı Xalq artisti, aktyor Vidadi Həsənovla əlaqə saxladıq. Aktyor Showmedia-ya açıqlamasında baş verən hadisədən dərin sarsıntı keçirdiyini bildirib. O, hadisənin təsirindən hələ də çıxa bilmədiyini və yaşananları anlamaqda çətinlik çəkdiyini vurğulayıb. Vidadi Həsənov hadisə zamanı məclisdə olduğunu qeyd edərək hazırda danışmaq üçün özündə güc tapmadığını deyib:

“Dünən mən də məclisdə idim. Hələ də anlaya bilmirəm. Hadisəni dərk etmək çətindir. Bu hadisəni dərk etmək və yasımızı yaşamaq istəyirəm. Bir neçə gün sonra danışa biləcəm”.

Qeyd edək ki, Ada Süleymanova sosial şəbəkə hesabında Xalq artisti, aktyor Vidadi Həsənovla birgə həyata keçirdikləri layihələrə dair videogörüntülər də paylaşmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью