Adarabiyo karyerasını “Tottenhem”də davam etdirəcək?

22.01.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


“Çelsi”nin ingilis futbolçusu Tosin Adarabiyo karyerasını “Tottenhem”də davam etdirə bilər.

Bakupost.az "Sky Sports"a istinadən xəbər verir ki, “Tottenhem” müdafiədəki problemləri həll etmək üçün Adarabiyonu transfer etməyi düşünür.

“Çelsi” 27 yaşlı mərkəz müdafiəçisi üçün qarşı tərəfdən 30 milyon avro istəyir.

Qeyd edək ki, Adarabiyo cari mövsümdə çıxış etdiyi 19 oyunda 4 dəfə fərqlənib.

Onun “Çelsi” ilə müqaviləsi 2028-ci ilin iyununa qədərdir.

Elgün, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью