ADAU da “Açıq mikrofon” tələbələrin təklifləri dinlənilib

29.05.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Gəncə, 29 may, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrin fikir və təkliflərinin dinlənilməsi məqsədilə keçirilən “Açıq mikrofon” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsinin müxtəlif kurslarında və ixtisaslarında təhsil alan bir qrup tələbə ilə görüşərək, onları maraqlandıran sualları cavablandırıb. Zəfər Qurbanov çevik kommunikasiya vasitələrindən biri kimi “Açıq mikrofon” layihəsinin keçirilməsinin ənənəvi hal aldığını qeyd edib və əsas məqsədin tələbələrin imtahan prosesi və digər məsələlərlə bağlı yarana biləcək suallarının operativ cavablandırılması olduğunu bildirib.

İnteraktiv formada keçirilən görüşdə tələbələrin xaricdə təhsil və təcrübə məsələləri, imtahan formaları və digər məsələlərlə bağlı sualları cavablandırılıb, təklifləri səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью