Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) professor-müəllim heyətinin fəaliyyətinin səmərəliliyinin artırılması və nəticəyönümlü idarəetmənin təmin edilməsi məqsədilə Diferensial Əmək Haqqı (DƏH) sistemi tətbiq ediləcək.
XQ xəbər verir ki, sistem 2026-cı ilin yanvar ayından etibarən qüvvəyə minəcək və professor-müəllim heyətinin tədris və elmi fəaliyyəti, peşəkar inkişafı və ictimai fəallığı üzrə ümumi qiymətləndirmə nəticələrinə əsaslanacaq. Qiymətləndirmə prosesi müəyyən olunan qaydalara uyğun olaraq həyata keçirilir.