ADAU əməkdaşları beynəlxalq sertifikatlara layiq görülüblər

03.02.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Gəncə, 3 fevral, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasının bir qrup əməkdaşına beynəlxalq sertifikatlar təqdim olunub. Təqdimat mərasimində ADAU-nun rektoru Zəfər Qurbanov və “TCS Company” MMC-nin direktor müavini Murad Mehdiyev iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edən Zəfər Qurbanov Aqrar Universitetin bütün əməkdaşlarının daim öz üzərində işləməsinin və elmdə baş verən yenilikləri daha sürətli mənimsəməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra “TCS” MMC tərəfindən təşkil olunan “IOSH Managing Safety 5.0”, “Train The Trainer” və “Minimum Industry Safety Training (MIST)” beynəlxalq sertifikatları Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasının əməkdaşları - Eldar Zeynalov, Siyavuş Vəliyev, Nemət Hacıyev, Osman Əliyev, Abbas İbrahimov, Şəhla Nuhuyeva, Əsəd Allazov, Aynur Əliyeva, Sevinc Əliyeva və Aynur İbrahimova təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью