ADAU kollektivi “44” bədii filmini izləyib

26.11.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları 44 günlük Vətən müharibəsindən bəhs edən “44” bədii filmini izləyiblər.

Mədəniyyət Nazirliyinin, Azərbaycan Kino Agentliyinin və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn ekran əsərində xalqımızın Zəfərə gedən yolu, milli birliyi, Azərbaycan əsgərinin qəhrəmanlığı və torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizə öz bədii ifadəsini tapıb.

Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən birinə həsr olunan filmin universitet kollektivi tərəfindən birgə izlənilməsi tarixi yaddaşımızın yaşadılması, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.

ADAU-da bu istiqamətdə keçirilən tədbirlər gənclərin yalnız yüksək ixtisaslı mütəxəssis kimi deyil, həm də milli dəyərlərinə və dövlətçilik ənənələrinə bağlı vətəndaş kimi yetişdirilməsinə xidmət edir.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью