ADAU tarixində ən yüksək tələbə qəbulu: plan yerləri ilkin mərhələdə 98 faiz dolub

28.08.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Gəncə, 28 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Dövlət İmtahan Mərkəzinin (DİM) apardığı 2026/2027-ci tədris ili üzrə ilkin qəbul mərhələsində yüksək nəticə əldə edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitet üzrə 2082 plan yeri müəyyənləşdirilib və ilkin nəticələrə görə 2041 abituriyent bakalavr səviyyəsində ADAU-ya qəbul olunub. Beləliklə, universitet üzrə plan yerləri 98 faizi dolub. Həmçinin ADAU–EGE ikili diplom proqramı üzrə qəbul 100 faiz təşkil edib.

Müxbir - Elcan Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью