Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncə, 10 iyun, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplomu proqramı çərçivəsində Ege Universitetində təhsil alan IV kurs tələbələri “Tələbə kəndi” futbol turnirində I yerə çıxıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 10 komandadan ibarət turnirin finalında Azərbaycanı təmsil edən “Turan” FK ilə Türkiyəni təmsil edən “Söğüt” FK qarşılaşıb. Gərgin keçən final oyunu ADAU tələbələrinin 4-2 hesablı qələbəsi ilə nəticələnib.
Sonda qaliblər medal və kubokla təltif olunublar.