ADAU tələbəsi Minskdə beynəlxalq forumda iştirak edib AZƏRTAC

19.11.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə, 19 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının sədr müavini Samir Quliyev Belarusun Minsk şəhərində keçirilən Könüllülər hərəkatının koordinatorları arasında təcrübə mübadiləsi və MDB-nin Könüllülər Forumunda iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq forumun açılış mərasimindən sonra “MDB-də könüllülük fəaliyyətinin təşkili təcrübəsi” adlı müzakirə platforması keçirilib. Belarus, Rusiya, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri könüllülük sahəsində uğurlu təcrübələri, maraqlı layihələri və könüllülük sahəsində təşəbbüslərini forum iştirakçılarına təqdim ediblər.

MDB dövlətlərinin Könüllülər Forumunun iştirakçıları Belarusda könüllülər hərəkatının əsas platforması olan Respublika Könüllülər Mərkəzi ilə tanış olublar. Respublika Könüllülər Mərkəzinin rəhbəri Viktoriya Zaxarevskaya mərkəzin fəaliyyətindən və respublikada könüllülüyün təşkili sistemindən danışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью