Icma.az bildirir, Azertag portalına istinadən.
Gəncə, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) “UI GreenMetric World University Rankings 2026” beynəlxalq reytinqinin nəticələrinə əsasən 5132,5 bal toplayaraq dünya universitetləri arasında 1152-ci yerdə qərarlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitet 2025-ci ildə 4520 bal topladığı halda, 2026-cı ildə nəticəsini 5132,5 bala çatdırıb və ümumi göstəricisi ötən illə müqayisədə 612,5 bal artıb. Bu, illik müqayisədə 13,6 faizlik artım deməkdir. Bununla yanaşı, ADAU dünya sıralamasında 1174-cü mövqedən 1152-ci mövqeyə yüksəlib.
Müxbir - Elcan Məmmədov