ADAUda əcnəbi tələbələrin fikir və təklifləri dinlənilib AZƏRTAC

29.11.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə, 29 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan I kursda oxuyan əcnəbi tələbələrə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşün məqsədi tələbələrin fikir və təkliflərini dinləmək, suallarını cavablandırmaq olub.

Universitetin rektoru Zəfər Qurbanov əcnəbi tələbələrin təhsili, asudə vaxtlarının səmərəli təşkili, həmçinin yataqxana ilə təmin olunma ilə bağlı yaradılmış şəraitdən danışıb. Rektor tələbələrin təhsilə davamiyyəti, imtahanlara hazırlıqları, universitetin ictimai həyatında iştirakları, eləcə də ölkəmizlə bağlı təəssüratları ilə yaxından maraqlanıb, onların tədris prosesi ilə əlaqədar fikirlərini dinləyib.

Sonda tələbələr yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью