Icma.az, Azertag portalına istinadən məlumat verir.
Gəncə, 28 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) korrupsiyaya qarşı mübarizə ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar təşkil olunub.
ADAU-nun rektoru Zəfər Qurbanov, tədris işləri üzrə prorektor Əhməd Məlikov, Ümumi işlər üzrə prorektor Ramin Məmmədov korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində müəllim-tələbə kollektivinin maarifləndirilməsi istiqamətində çıxışlar ediblər.