Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sakit okeanda yerləşən Quam adasında zəhərli ilanların nəzarətsiz çoxalması ciddi ekoloji fəsadlar yaradıb.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, 1940-cı illərdə hərbi gəmilərlə adaya təsadüfən gətirilən qəhvəyi ağac ilanları yerli ekosistemin tarazlığını pozub.
Məlumata görə, ilanların çoxalması nəticəsində adaya məxsus 12 yerli quş növündən 10-u tamamilə yox olub. Quşların azalması toxumların yayılmasına da təsir göstərib və meşələrdə yeni ağac pöhrələrinin yaranması 90 faiz azalıb.
Təbii düşmənlərinin olmaması ilanların sayının sürətlə artmasına səbəb olub. Bu hadisə invaziv növlərin təbii ekosistemə vura biləcəyi zərərin ciddi nümunəsi hesab olunur.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin