ADB 2026 cı ilə qədər Azərbaycanın dövlət büdcəsinin kəsirinin azalmasını gözləyir | Icma.…
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. Azərbaycanın dövlət büdcəsinin kəsiri 2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) 2 %-nə
Bu barədə “Report” Asiya İnkişaf Bankının (ADB) hesabatına istinadən xəbər verir.
Cari ildə isə büdcə kəsirinin ölkənin ÜDM-nin 2,4 %-ni təşkil edəcəyi gözlənilir.
"Büdcə gəlirləri ÜDM-in 30 % səviyyəsində proqnozlaşdırılır.
Onların strukturunda vergi daxilolmaları 12 %, qeyri-vergi gəlirləri 7 %, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transfertlər isə 11 % təşkil edəcək", - hesabatda qeyd olunub.
Proqnoza görə, büdcə xərcləri ÜDM-in 32 %-nə çatacaq. "Bunlardan 19 % cari xərclərə, 11 % isə kapital qoyuluşlarına yönəldiləcək.
Sosial müdafiə və dəstək xərclərinin 8 % artacağı və ümumi büdcə xərclərinin təxminən 12 %-ni təşkil edəcəyi gözlənilir.
Dövlət investisiyalarının həcminin proqnoza görə ÜDM-in 2 %-nə qədər enəcəyi gözlənilir", - ADB-nin hesabatında bildirib.
Tam oxu
Xəbəri oxu