Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünyanın hər yerində dəmir yolları yeni bir dövrə qədəm qoyur; bu dövr elektrikləşmə, rəqəmsallaşma və enerjinin istehsal və istifadəsində fundamental dəyişikliklərlə səciyyələnir.
"APA-Economics" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Asiya İnkişaf Bankı (AİB) ilə tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihənin təqdimatında ADB-nin İnkişaf etməkdə olan Sahələr üzrə Sektorlar Departamentinin direktoru Cindy Cisneros Tiangco deyib.
O qeyd edib ki, Yaponiya və Çindən tutmuş Avstraliya və Avropaya qədər qlobal liderlər ağıllı, aşağı karbonlu dəmir yolu ekosistemləri qururlar: "Azərbaycanın isə bu hərəkatın bir hissəsi olmaqla yanaşı, onun gələcəyinin formalaşdırılmasına töhfə vermək üçün unikal imkanı var.
Bu TA-nın özəlliyi həm mühəndislik, həm də maliyyə sahəsində innovasiyanı bir araya gətirməsidir.
Mühəndislik tərəfdən biz inteqrasiya olunmuş həlləri – bərpaolunan enerji, batareya saxlanc sistemləri, ağıllı mikroşəbəkələr, rekuperativ əyləcləmə, hətta karbon sekvestrasiyası kimi yanaşmaları araşdıracağıq ki, bunlar birbaşa fosil yanacaq istifadəsini azaltmağa və elektrik şəbəkəsindən asılılığı minimuma endirməyə imkan verəcək.
Bu həllər modul və sistemli şəkildə tətbiq olunduqda, ADY-nin uzunmüddətli enerji xərclərini azalda və karbon izini əhəmiyyətli dərəcədə kiçildə bilər.
Maliyyə innovasiyası da eyni dərəcədə vacibdir. Dərin dekarbonizasiya ictimai və özəl kapitalı birləşdirən, yeni gəlir mənbələri açan yaradı