ADB Pakistanın enerji infrastrukturunun modernləşdirilməsi üçün 200 milyon ABŞ dolları ayırıb

11.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Asiya İnkişaf Bankı (ADB) Pakistanın enerji infrastrukturunun modernləşdirilməsi və paylayıcı şirkətlərin etibarlı elektrik təchizatını təmin etmək qabiliyyətinin artırılması üçün 200 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

Bu barədə “Report” ADB-yə istinadən xəbər verir.

Məlumata görə, layihənin həyata keçirilməsi enerjinin ötürülməsi zamanı enerji itkilərini əhəmiyyətli dərəcədə azaltmağa, infrastrukturun iqlim dəyişikliyinə və təbii fəlakətlərə qarşı dayanıqlılığını artırmağa kömək edəcək.

Layihə Pakistanda elektrik enerjisinə sürətlə artan tələbatın ödənilməsinə yönəlib.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью