Addım addım Premyer Liqaya! Hull Siti finalda

12.05.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərə Çempionşipdə pley-offun ilk finalçısı bəlli olub.

Apasport.az xəbər verir ki, Premyer Liqaya yüksəlmə uğrunda həlledici matçın iştirakçılarından biri "Hull Siti" olub.

"Pələnglər" yarımfinal mərhələsinin cavab oyununda "Miluoll"un qonağı olub. Evindəki matçdan qolsuz bərabərliklə ayrılan Acun Ilıcalının komandası məsələni səfərdə həll edib: 2:0.

"Hull" bu qalibiyyətlə pley-off finalına yüksəlib və əsas matçda "Sauthempton" - "Midlsboro" cütünün qalibiylə oynayacaq.

Tərəflər arasında ilk matç qolsuz heç-heçə ilə yekunlaşıb. 

Hansı oyun, hansı kanalda? - TV AFİŞA Günün canlı yayımlanacaq matçları - TV AFİŞA “Brayton”un futbolçusu “Atletiko”nun hədəfində Qvardiola ən yaxşısı seçildi - PREMYER LİQADA Hansı oyun, hansı kanalda? - TV AFİŞA
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью