“Addım atırdın, pul istəyirdilər, pulsuz adama salam da vermirdilər” | Icma.az
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Talassemiyalı uşaqlar üçün toplanmış 1 milyonu ələ keçirməkdə ittiham olunan Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəmə araşdırması qaldığı yerdən davam edib.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsindəki bugünkü iclasda xanımların əməlindən zərərçəkənlər dindirilib.
Zərərçəkmişlərdən biri bu cinayətə görə həyat yoldaşını itirdiyini deyən Kamil Əhmədovdur.
Kamilin həyat yoldaşı qaraciyər xəstəliyindən əziyyət çəkib.
Onu hazırda təqsirləndirilənlərlə Mərkəzi Gömrük Hospitalı​nın həkimi Mir Cəlal Kazımi tanış edib: “Mir Cəlal həkim ilk müayinədən sonra yoldaşımın sirrozdan əziyyət çəkdiyini dedi.
Bir müddət sonra əlavə xəstəliklər ortaya çıxdı. İlk dəfə Mir Cəlal həkim həyat yoldaşımı bağırsaqdan əməliyyat etdi.
Üstündən bir müddət keçəndən sonra zəng elədi ki, bəs, təcili qaraciyər köçürülməsi olmalıdır.
Tam oxu
Xəbəri oxu