ADEA da nöqsanlar aşkarlandı

13.01.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının hüquqi aktlara uyğunluğu ilə bağlı uyğunluq auditi aparıb.

Bakıvaxtı.az bu barədə Palatanın hesabatına istinadən xəbər verir

Audit zamanı müəyyən edilib ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına 2 ədəd lokomotivin alınması üçün ayrılmış 1 milyon manat, eləcə də taxıl elevatorları kompleksinin əsaslı təmiri üçün nəzərdə tutulan 200 min manat vəsaitin uçotu müvafiq qaydada aparılmayıb.

Belə ki, 2023-cü ilin sonuna qədər lokomotivlərin alınması üzrə 822 min 184 manat, əlavə olaraq 44 min 250 manat texniki yoxlama və rəyin alınmasına xərclənib. Lakin bu məbləğlər Nazirlər Kabinetinin 22 oktyabr 2010-cu il tarixli qərarının tələblərinə uyğun olaraq Agentliyin nizamnamə fonduna aid edilməyib.

Hesablama Palatasının tövsiyələrinə baxmayaraq, aşkar edilmiş nöqsanların aradan qaldırılması bu günə qədər təmin edilməyib və məsələ üzrə izlənilməsi davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью