Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Məşhur müğənni Adel satın aldığı dünya şöhrətli aktyor Silvestr Stallonenin malikanəsini söküb.
Axşam.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Nəşr bildirib ki, Adel 2022-ci ildə aldığı mülkdə demək olar ki, heç nəyi olduğu kimi saxlamayıb. Yalnız Stallonenin məşhur obrazı - boksçu Rokkinin qələbə jesti ilə yumruğunu qaldırmış heykəli olan hovuz dəyişdirilməyib.
Lakin şahidlərin dediyinə görə, hovuz təmizlənmir və yosun bağlayıb.
Hazırda Adelin evi ağ və boz tonlarda tərtib olunub. Stallonenin evindən fərqli olaraq, burada böyük pəncərələr nəzərdə tutulub. Hesab edilir ki, bu yenidənqurma Adelə on milyonlarla dollara başa gələcək və təxminən beş il davam edəcək.
Qeyd edək ki, Adel aktyorun Beverli Hillsdəki lüks malikanəsini 58 milyon dollara almışdı. Hətta o bunun üçün borc da götürmüşdü.